“Honda” Böyük Britaniyada zavodu bağlayacaq

11:21 - 20.02.2019


20 fevral, Fineko/abc.az. “Honda” şirkəti, avtomobil sənayesində qlobal dəyişikliklərə cavab olaraq, səylərini elektromobillərin xeyrinə yönləndirmək niyyəti ilə  bağlı, öz istehsalat qüvvələrinin restrukturizasiyası haqqında elan etdi.

“Avtostat” xəbər verir ki, “Honda”nın 2025-ci ilədək Avropada elektrikləşdirilmiş güc aqreqatlarının payını üçdə birə qədər artırmaq niyyətində olduğu  “Electric Vision" konsepsiyasına əsasən, şirkət, istehsalı istehlak tələbatı yüksək potensiala malik regionların xeyrinə paylanması ilə, onu optimallaşdıracaq.

Bunu nəzərə alaraq, “Honda”nın Böyük Britaniyadakı bölməsi, buraxılan modellər istehsaldan çıxarıldıqca,  işçiləri, 2021-ci ildə Suindondaki avtomobil zavodunun bağlanması haqqında məlumatlandırır.

Hazırda zavod ildə 150 min avtomobil istehsal edir və 3,5 min işçisi var. Bu barədə “Honda”nın mətbuat xidmətindən məlumat verilib. Bu gün işçilərlə danışıqlar başlanmışdır. “Honda”nın Avropa qərargahı əvvəlk kimi Böyük Britaniyada qalacaq.

Qlobal restrukturizasiya “Honda”nın Türkiyədəki fəaliyyətinə də təsir edəcək. Bu bölmə ildə 38 min ədəd məhsul istehsal edir. Şirkət, 2021-ci ildə cari Civic sedan modelinin istehsalını dayandıracaq və fəaliyyətlərini davam etdirəcək.

 

Other news