Pərviz Şahbazov: Tərəfdaşlarımızın sayının artması ilə Cənub Qaz Dəhlizinin gücü iki dəfə artırıla bilər

16:36 - 20.02.2019


20 fevral, Fineko/abc.az. Bakıda Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının V Nazirlər Yığıncağında 17 ölkə iştirak edib.

İclas çərçivəsində keçirilən mətbuat konfransı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib ki, iclasda Macarıstan, Serbiya və San Marino ilk dəfə iştirak etmişlər və bu da,  layihəyə marağın artdığını göstərir.

“Cənub Qaz Dəhlizinin üç hissəsi, yəni Şahdəniz-2 layihəsi, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi layihəsi və Türkiyəyə qaz nəqli həyata keçirilən Trans Anadolu Qaz Boru  Kəmərinin (TANAP) hissəsi ilə əlaqədar işlər tamamlanmışdır. Azərbaycanın qazını Avropaya tədarük edəcək Trans Adriatik boru kəmərinin (TAP) üzrə işlər 85% başa çatmışdır”, - nazir belə deyib.

Yeni ölkələrin layihəyə qoşulması məsələsinə gəldikdə, nazir qeyd edib ki, layihənin dizaynı elə bir şəkildə qurulub ki, onun gücünü  hələ iki dəfə artırmaq olar və Azərbaycan bütün müraciətləri nəzərdən keçirməyə hazırdır.

 

Other news