Ottinger: Cənub Qaz Dəhlizi Avropanın yeni qaz mənbəyidir

17:05 - 20.02.2019


20 fevral, Fineko/abc.az. Azərbaycan və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Avropa İttifaqının strateji enerji tərəfdaşlarıdır.

Bakıda keçirilən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının V Nazirlər   İclası çərçivəsində mətbuat konfransında Avropa Komissiyasının Büdcə və İnsan Resursları komissarı Günter Ottinger bildirib ki, Avropanın təbii qazının əsas mənbəyi hazırda Hollandiyadır.

“Lakin Hollandiyadaki təbii qaz ildən ilə azalır, yəni Avropanın yeni mənbələrə ehtiyacı var. Cənub Qaz Dəhlizi yeni bir mənbə və yeni bir marşrutdur”, - deyə Ottinger vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı birgə məqsədlər daşıyırlar ki, bu, növbəti 10 ildə qaz tədarükünün 20-25 milyard kubmetrədək artırılmasıdır.

 

Other news