Vladimir Putin və Səudiyyə Ərəbistanının Kralı OPEC+ sazişini yüksək qiymətləndirdilər

15:18 - 21.02.2019


21 fevral, Fineko/abc.az. RF prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının Kralı Salman Bin Əbdüləziz əl-Saud OPEC + sazişini və enerji əməkdaşlığının səmərəliliyini yüksək qiymətləndirdi.

Bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Rusiya Federasiyasının və Səudiyyə Ərəbistanının beynəlxalq enerji bazarlarında qarşılıqlı əlaqəsi davam edəcək. Bu qarşılıqlı fəaliyyətin effektivliyi həmi kral, həm də Rusiya prezidenti tərəfindən yüksək qiymətləndirilmişdir", - deyə Kremlin nümayəndəsi bildirib.

Eyni zamanda, dövlət başçısının mətbuat katibi, Rusiya liderinin Krallığa nə vaxt səfər edəcəyi barədə suala konkret cavab verməyib. “Səfər tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq", - deyə o bildirib.

Daha əvvəl, Kremlin mətbuat xidməti xəbər vermişdir ki, RF prezidenti və Səudiyyə Ərəbistanı Kralı, telefon danışığından sonra  dünya karbohidrogen bazarlarında fəaliyyətlərini əlaqələndirməyə hazırdır.

Müxtəlif səviyyələrdə qarşıdan gələn əlaqələrin cədvəli də müzakirə olunmuşdur.

 

Other news