Azərbaycan Turizm Destinasiya Menecmentini təkmilləşdirəcək

17:52 - 21.02.2019


21 fevral, Fineko/abc.az. Azərbaycan Hotel Assosiasiyası regional otellərlə əməkdaşlığı genişləndirir.

Dövlət Turizm Agentliyinin məlumatına görə, Assosiasiya tərəfindən regionlarda xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində birgə həyata keçirilə biləcək tədbirlər haqqında təqdimat keçirilib.

“Tədbir çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun regionlarda turizmin inkişafı, təşviqi və idarə olunması üçün yaradılan yeni qurumları - Destinasiya Menecmenti Təşkilatlarının Qubada yerləşən bölməsi təqdim olunub. Yeni model turizm qurumları kimi fəaliyyət göstərəcək DMT-lərin fəaliyyət istiqamətlərindən biri də regionlardakı hotellərin Azərbaycan Hotel Assosiasiyası ilə əlaqələndirmək olacaqdır”, - məlumatda belə deyilir.

 

Other news