“Azeri Light” neftinin qiyməti artıb

09:57 - 22.02.2019


22 fevral, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin qiyməti 0,10 dollar (0,15%)  /  barelə artıb.

Bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,60 dollar təşkil edir.

Fevralın 21-də Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin aprel ayının fyuçers qiyməti 0,20 dollar (0,35 %) azalaraq bir barelə 56,96 dollar təşkil etmişdir.  Onun qiyməti 9:10-da 0,11 dollar (0,19%) azalaraq 56,85 dollar /barelə təşkil edib.

Fevralın 21-də Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel ayının müqavilələri sessiyanın yekununda 0,01 dollar (0,01%) azalaraq bir barelə 67,07 dollar təşkil etmişdir.  9:10-da onun qiyməti 0,17 dollar (0,25%) azalaraq  bir barelə 66,90 dollar təşkil etmişdir.

 

Other news