Dünya Bankı: Azərbaycan digər ölkələr üçün nümunədir

11:10 - 22.02.2019


22 fevral, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin məlumatında deyilir ki, görüş zamanı Mersi Tembon Dünya Bankının Azərbaycanda həyata keçirilən islahatlara dəstək olduğunu və sosial-iqtisadi siyasət sahəsində əldə edilən uğurları yüksək qiymətləndirdiyini qeyd etdi.

“Azərbaycan digər ölkələr üçün nümunədir”, - M.Tembon bunu deyib.

Öz növbəsində, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, indiyədək ölkə Dünya Bankı ilə birgə 50 layihə həyata keçirmişdir. 7 layihə çərçivəsində işlər davam edir.

 

Other news