Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının iclası Çində keçiriləcək

16:51 - 22.02.2019


22 fevral, Fineko/abc.az. Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq  Komissiyasının VII iclasının tarixi açıqlanıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti 25 fevral - 1 mart tarixində Çində səfərdə olacaq.

“Səfər çərçivəsində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçiriləcək, ticarət və investisyalar, energetika, İKT, kənd təsərrüfatı, turizm, nəqliyyat və yükdaşımalar, texniki yardım, gənclər və idman, mədəniyyət, humanitar, qida təhlükəsizliyi və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq”, - məlumatda belə deyilir.

 

Other news