Bank Respublika Novruz çərşənbələrində müştərilərini sevindirəcək!

14:09 - 25.02.2019


25 fevral, Fineko/abc.az. Bank Respublika milli bayramımız olan Novruz Bayramı münasibətilə müştəriləri üçün sürprizlə dolu kampaniya təqdim edir.

“Qazandıran çərşənbələr” adlanan kampaniya çərçivəsində banka müraciət edən müştərilər Novruz bayramına qədər hər çərşənbə, öncədən elan ediləcək müəyyən bank məhsul və xidmətlərini endirimlə və pulsuz əldə edə biləcək.

Beləliklə, ilk olaraq Su çərşənbəsi ilə bağlı, müştərilər yalnız bir gün fevral ayının 27-də bankdan ilkin mədaxilsiz və tamamilə PULSUZ olaraq “Mastercard Gold Lite ” premium kartını əldə edə biləcək. Kartı əldə etmək üçün sadəcə şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.

Hazırda 400-ə yaxın partnyor mağaza və xidmət mərkəzlərində “Bank Respublika”ın istənilən kartları ilə edilən ödənişlər zamanı kart sahibləri BONUS qazanırlar. Bankın əməkdaşlıq etdiyi partnyor şəbəkəsində istənilən sektordan – supermarket, geyim, ev əşyaları, parfümeriya, texnika, turizm, səhiyyə, avto və digər tərəfdaşları tapmaq mümkündür.

“Bank Respublika”nın bütün kart sahibləri Mobil Şöbə əlavəsindən yararlanaraq, Bankın bonus layihəsi çərçivəsində əməkdaşlıq etdiyi partnyor mağaza və xidmət mərkəzlərinin siyahısını əldə edə bilər, eləcə də, istənilən zaman hesabı yoxlaya və hesabla bağlı əməliyyatlar həyata keçirə bilərlər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


Other news