Tramp bir daha OPEC-i neft qiymətlərini dəstəkləməməyə çağırdı

17:14 - 25.02.2019


25 fevral, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp OPEC-i, yenidən neft qiymətlərini dəstəkləmək üçün tədbirlər görməməyə çağırıb.

Bu barədə o, özünün Twitter səhifəsində yazıb.

"Neftin qiymətləri həddindən artıq yüksəlir. OPEC, lütfən narahat olmayın. Dünya qiymət artımlarına dözə bilməyəcək - kövrəkdir!” - Donald Tramp bunu yazıb.

Tramp keçmişdə dəfələrlə OPEC-i neft qiymətlərini dəstəkləmək üçün tədbirlərdən çəkinməyə çağırıb.

 

Other news