Vüsal Qasımlı: Problemli kreditlərin həlli ilə bağlı Prezidentin fərmanı 900 minə qədər insanı əhatə edəcək

17:50 - 28.02.2019


28 fevral, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev fiziki şəxslərin problemli kreditləri məsələsinin həlli ilə bağlı fərman imzalayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, fərman 800 mindən çox insanı əhatə edəcək.

“Dövlət büdcəsindən fərmanın icrası üçün 700 milyon manatdan çox vəsait ayrılacaq», - deyə V. Qasımlı bildirib.

Fərmana  əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.

2015-ci il fevralın 21-nə əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat, 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat kompensasiya ödəniləcək.

Fərmana əsasən, vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 milyon manat ayrılacaq.

 

Other news