Azərbaycan nefti ucuzlaşdı

10:28 - 1.03.2019


1 mart, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin qiyməti 0,35 dollar (0,51%)  /  barelə azalıb.

Bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,62 dollar təşkil edir.

Cümə axşamı günü Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin aprel fyuçersi 0,28 dollar (0,49%) artaraq bir barelə 57,22 dollar təşkil etmişdir.  Onun qiyməti 9:15-da 0,17 dollar (0,3%) yüksələrək 57,39 dollar /barelə təşkil edib.

Fevralın 28-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin sessiyası nəticəsində “Brent”in may fyuçersi 0,27 dollar (0,41%) azalaraq bir barelə 66,31 dollar təşkil etmişdir.  Brentin may fyuçersi  9:15-də 0,24 dollar (0,36%) artaraq bir barelə 66,55 dollar təşkil edib.  Bundan əlavə, cümə axşamı günü aprel müqaviləsi üzrə Brentin ticarəti bir barelə 66,03 dollar səviyyəsində yekunlaşdı.

 

Other news