![]() |
|
![]() |
04.03.2019,11:15
4 mart, Fineko/abc.az. “Azneft” İstehsalat Birliyinin (İB) rəhbərliyi Bakı Ali Neft Məktəbində (BANM) olub. Ali Məktəbdə tələbələrlə keçirilən görüşdə BANM-ın rektoru Elmar Qasımov və professor-müəllim heyəti, “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov, baş direktorun müavinləri Ədalət Emilnov, Mehdi Vəliyev, Cəlair Səmədov, İnsan resursları departamentinin əməkdaşları, həmçinin digər struktur bölmələrinin rəisləri iştirak ediblər.
BANM-ın rektoru Elmar Qasımov “Azneft” İB-nin rəhbər nümayəndələrini BANM-da salamlayaraq bildirib ki, Ali Məktəbin tələbələri 2-ci kursdan başlayaraq istehsalat təcrübələrinə başlayır və “Azneft” İB-nin, eləcə də onun idarələrinin bu proqramların təşkil olunmasında rolu böyükdür.
“Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov rektor Elmar Qasımova tələbələrlə görüş imkanının yaradılmasına görə təşəkkür edib və iştirakçılara “Azneft” İB-nin fəaliyyəti, iş prinsipləri, struktur bölmələri və işlənilən layihələr haqqında məlumat verib. Daşqın İskəndərov tələbələrə böyük maddi-texniki bazaya, hər cür şəraitə malik kampusda təhsil aldıqlarına görə çox şanslı olduqlarını bildirib.
Tədbirdə həmçinin Azneftin İstehsalat şöbəsinin rəisi Pərviz Əhmədov və Əmirov adına neft-qaz çıxarma idarəsinin rəisi Ramin Quliyev çıxış edərək əməkdaşlıqla bağlı təkliflərini irəli sürüblər. BANM-ın məzunu, hazırda “Azneft” İB-nin qazma departamentinin böyük mühəndisi Mustafa Əsgərov tələbələrlə öz uğur hekayəsini paylaşıb və müəssisədə karyera imkanları, karyera hazırlığı, inkişaf mərhələlərindən danışıb.
BANM-ın sonuncu kurs tələbələri müəssisənin rəhbərliyinə istehsalat təcrübəsi və karyera ilə bağlı onları maraqlandıran suallar ünvanlayıblar.
Görüşün sonunda rektor Elmar Qasımov “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərova Tələbələrin istehsalat təcrübələri və karyera imkanlarının yaradılmasında verdiyi töhfələrə görə təşəkkür edib və ona Ali Məktəbin “Fəxri qonaq” plaketini təqdim edib.
Qonaqlar həmçinin BANM-ın kampusuna tur edərək buradakı infrastrukturla yaxından tanış olublar.
18 January 2021 | 17:47
18 January 2021 | 17:38
18 January 2021 | 17:24
18 January 2021 | 17:16
18 January 2021 | 17:12
18 January 2021 | 16:56
18 January 2021 | 16:48
18 January 2021 | 16:47
18 January 2021 | 16:41
18 January 2021 | 16:26
18 January 2021 | 16:25
18 January 2021 | 16:17
18 January 2021 | 15:58
18 January 2021 | 15:33
18 January 2021 | 11:42
18 January 2021 | 11:18
18 January 2021 | 12:09
18 January 2021 | 11:17
18 January 2021 | 11:44
18 January 2021 | 12:20
18 January 2021 | 11:54
18 January 2021 | 11:58
18 January 2021 | 15:58
18 January 2021 | 11:24