Neftin qiymətləri yüksəlir

10:24 - 5.03.2019


5 mart, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin qiyməti 0,87 dollar (1,31%)  /barelə artıb.

Bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,35 dollar təşkil edir.

Bazar ertəsi günü Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin aprel fyuçersi 0,79 dollar (1,42%) artaraq bir barelə 56,59 dollar təşkil etmişdir. 

Martın 4-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin sessiyası nəticəsində “Brent”in may fyuçersi 0,60 dollar (0,92%) artaraq bir barelə 65,67 dollar təşkil etmişdir. 

 

Other news