“Ural Hava Yolları” şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş etmişdir

15:41 - 11.03.2019


11 mart, Fineko/abc.az. Bəhreyn şəhərindən Moskva şəhərinə uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da  Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş etmişdir.

Hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi.

Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılmış və hazır vəziyyətə gətirilmişdir.

Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.

HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul etmişdir.

 

 

Other news