“Azeri Light” nefti artıb

09:54 - 15.03.2019


14 mart, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,23 dollar və yaxud 0,34% artıb.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,82 dollar təşkil edir.

Martın 14-də Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin aprel fyuçersi 0,35 dollar (0,6%) artaraq bir barelə 58,61 dollar təşkil etmişdir. 

9:10-da “WTI” markalı neftin aprel fyuçersi 0,01 dollar (0,02%) artaraq 58,62 dollar / barelə təşkil etmişdir.

Cümə axşamı günü Londonun “ICE Futures” birjasında “Brent”in may fyuçersi 0,32 dollar (0,47%) azalaraq bir barelə 67,23 dollar təşkil etmişdir. 

“Brent” markalı neftin may ayına olan fyuçers qiymətləri 9:15-də 0,02 dollar (0,03%) artaraq bir barelə 67,25 dollar təşkil etmişdir.

“Brent” və “WTI” bu həftəni müvafiq olaraq 2,3% və 4,6% yüksəlişlə bitirir.

 

Other news