Pərviz Şahbazov: Azərbaycan OPEC təşəbbüslərini dəstəkləməyə davam edəcək

13:14 - 18.03.2019


18 mart, Fineko/abc.az. Bu gün Bakıda OPEC  Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilir.

Görüşdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan dünya enerji bazarının sabitliyini təmin etmək üçün tədbirləri davam etdirəcəkdir.

“OPEC + çərçivəsində əməkdaşlıq nəticəsində qlobal bazarda müsbət tendesiyalar müşahidə olununmuşdur”, - deyən nazir Bakıda görüşün keçirilməsinin vacibliyini vurğulamışdır.

Onun sözlərinə görə, Azərbaycan dünya bazarına böyük həcmdə tədarük etməsə də, regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

 

Other news