Avtobusla sərnişindaşıma sahəsində yeni vergi əmsalları tətbiq edilib

11:00 - 2.04.2019


2 aprel, Fineko/abc.az. Ötən il Vergi Məcəlləsində edilmiş mühüm dəyişiklərdən biri də avtomobillərlə sərnişindaşıma sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vergi ödənişləri ilə bağlıdır. Avtobuslarla sərnişindaşıma xidməti göstərən fiziki şəxslər bu fəaliyyətlərini qanuniləşdirmək üçün, ilk növbədə vergiödəyicisi kimi qeydiyyatdan keçməklə VÖEN almalıdırlar.

VÖEN əsasında vergi öhdəlikləri və ödəyəcəkləri verginin məbləği nəqliyyat vasitəsindəki oturacaqların sayına uyğun qaydada hesablanır. Məsələn, VÖEN əsasında Bərdə rayonunda 13 yerlik mikroavtobusla sərnişindaşıma xidməti göstərən fiziki şəxs hər oturacaq üçün 1 manat 80 qəpik vergi ödəməlidir.

Sərnişindaşıma xidməti göstərən fiziki şəxslərin ödəməli olduğu verginin məbləği hesablanarkən bu fəaliyyətin həyata keçirildiyi ərazidən asılı olaraq sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında - 2;

- Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhərində istisna olmaqla) - 1,5;

Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu istisna olmaqla) - 1.

Other news