Yanvar-fevral aylarında Azərbaycanı 360 mindən çox turist ziyarət edib

12:28 - 3.04.2019


3 aprel, Fineko/abc.az. 2019-cu ilin yanvar-fevral aylarında 360 mindən çox xarici vətəndaş Azərbaycana səfər etmişdir.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə, 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahət Sərgisinə həsr olunmuş mətbuat konfransında bildirib ki, ilin əvvəlindən Azərbaycana gələn əcnəbilərin əksəriyyəti Rusiya və Gürcüstan vətəndaşlarıdır.

“Son illərdə Yaxın Şərq ölkələrindən gələn turist axını da artmışdı. Cənubi Asiya ölkələri olan Pakistan və Hindistandan Azərbaycana gələn turistlərin sayı - 70%, Orta Asiya - Özbəkistan, Qazaxıstan, Tacikistan və s. ölkələrdən gələnlərin sayı isə 30% artıb”, - deyə Kənan Quluzadə bildirib.

O qeyd edib ki, 2018-ci ildə Azərbaycana 2,8 milyon xarici turist gəlib və ölkədə 2 milyard manat xərcləyib.

 

Other news