AccessBank-ın rəhbərliyində yeni təyinatlar

17:45 - 4.04.2019


4 aprel, Fineko/abc.az. AccessBank yeni struktur dəyişikliyini elan edib.

Elşən Pirmalıyev və Natia Beria baş direktor vəzifəsinə təyin olunublar. Elşən Pirmalıyev bu vaxtadək Biznes və Pərakəndə Müştərilər üzrə İcraçı Direktor vəzifəsini tutub. Natia Beria isə AccessBank komandasına Baş bankir kimi fəaliyyət göstərdiyi Inspiring Development GmbH şirkətindən qoşulub.

Qeyd edək ki, bunadək AccessBank-da baş direktor vəzifəsi olmayıb.

Bununla yanaşı, Vaqif Babayev Kiçik və Orta Biznes müştəriləri, Günay Cəlilova Korporativ Bankçılıq və Marketinq, Fəridə Pirverdiyeva Maliyyə və Beynəlxalq əlaqələr, Səbuhi Süleymanlı isə Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası üzrə icraçı direktor təyin olunublar. Bu təyinatadək Vaqif Babayev və Səbuhi Süleymanlı eyniadlı departamentlərin direktoru vəzifələrində çalışıblar.

Yeni vəzifədə Günay Cəlilova Korporativ bankçılıq və Marketinq departamentlərinə, həmçinin Müştərilərlə əlaqə mərkəzinə kurasiya edəcək. Fəridə Pirverdiyevanın nəzarətində isə beynəlxalq əlaqələr, maliyyə hesabatlılığı və xəzinədarlıq kimi istiqamətlər olacaq.

Beləliklə, risk idarəçiliyi və tədqiqatlar istiqamətini kurasiya edən Nizami Qədirov və maliyyə nəzarəti bloku üzrə məsul olan Elşən Hacıyevlə birlikdə bankdakı icraçı direktorların sayı altıya yüksəlib.

 

Other news