“Yapı Kredi Bank Azərbaycan” QSC “Coca-Cola İçecek Azərbaycan”şirkətinin nəzdində “Sulutəpə” şöbəsini açdı

10:56 - 5.04.2019


5 aprel, Fineko/abc.az. “YapıKredi Bank Azərbaycan”QSC-nin yeni “Sulutəpə” şöbəsi 01 aprel 2019-cu il tarixindən etibarən “Coca-Cola İçecek Azərbaycan”şirkətinin tərkibində fəaliyyət göstərməyə başladı.“Sulutəpə” şöbəsi sırf “Coca-Cola İçecek Azərbaycan” şirkətinin bank əməliyyatlarının daha operativ və təhlükəsiz yerinə yetirmək üçün nəzərdə tutulmuş bir şöbədir.

“Sulutəpə” şöbəsi yay aylarında, 01 aprel tarixindən 31 oktyabr tarixinidək,Bazar ertəsi – Şənbəgünləri saat 10:00-dan 23:00-a, qış aylarında isə, 01 noyabr tarixindən 31 mart tarixininədək 10:00-dan 19:00-a kimi xidmət göstərəcəkdir.

Bundan əlavə, hazırda “YapıKredi Bank Azərbaycan” QSC-nin Bakı və Sumqayıt şəhərlərində olmaqla 8 filialı fəaliyyət göstərir. Onlardan “Baş Ofis – Müştəri Xidmətləri”, “28 May”, “Səbail”, “Əhmədli”,“Cəfər Cabbarlı”, “Nərimanov Metropark”, “Memar Əcəmi” paytaxt Bakışəhərində, “Sumqayıt” filialı isə Sumqayıt şəhərlərində yerləşir. Bununla yanaşı bankın 28 ATM və 2000 civarında POS-terminalı mövcuddur.

Qeyd edək ki, “Yapı Kredi Bank Azərbaycan”QSC dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə filiallarla yanaşı, *0444 Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərinə 7/24 rejimdə geniş çeşiddə bank xidmətləri göstərməktədir.

Other news