Aprelin 22-dən Bakıda bütün mərkəzi yollar bağlanacaq

17:42 - 8.04.2019


8 aprel, Fineko/abc.az. Aprelin 22-dən Bakının bütün mərkəzi yolları Bakıda Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı olacaq.

Yarışın təşkilatçılarının sözlərinə görə, Bakının mərkəzi küçələri nəqliyyat hərəkəti üçün 22-30 aprel tarixləri arasında bağlı olacaq. Azərbaycanın "Formula 1" Grand Prisi 26-28 aprel tarixlərinə planlaşdırılıb.

“Bu, piyada hərəkətinə maneə törətməyəcək – Bakı sakinləri və şəhərə gələn qonaqlar yerüstü və yeraltı keçidlər vasitəsilə sərbəst şəkildə hərəkət edə biləcəklər” – məlumatda belə deyilir.

Müvəqqəti yerüstü keçidlər Azərbaycan prospekti və İstiqlaliyyət küçəsinin kəsişməsində, həmçinin Xəqani və Rəşid Behbudov küçəsinin, Xəqani küçəsi və Azadlıq prospekti, Neftçilər prospekti və Rəşid Behbudov küçəsinin kəsişmələrində quraşdırılacaq.

Formula 1 əyləncə zonasının yarış zamanı yerləşəcək Dənizkənarı Milli Parkının ərazisi (Bakı Dəniz Vağzalından Azneft dairəsinə qədər) 24 aprel saat 08:00-dan 29 aprel tarixinə qədər biletləri olmayanlar üşün bağlanacaq.

“Crystal Hall konsert kompleksində yarışın həftə sonu konsert proqramı ilə əlaqədar olaraq, Azneft dairəsindən Dövlət Bayrağı Meydanına qədər olan avtomobil yolları 27 və 28 aprel tarixlərində saat 17:00-dan 04:00 qədər nəqliyyat vasitələri üçün bağlanacaq”, - məlumatda belə deyilir.

 

Other news