Nərə balığının ovuna qadağa bir il uzadıldı

16:52 - 27.11.2017


27 noyabr, Fineko/abc.az. Xəzəryanı dövlətlər 2018-ci ildə nərə balığının kommersiya ovuna qadağanı uzatdı.

Rusiyanın “Rosrıbolovstvo”  federal agentliyinin xəbərinə əsasən,  Bakıda Xəzərin su bioloji resurslarının mühafizəsi, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə edilməsi  üzrə Komissiyanın  ilk (inaqurasiya) sessiyası öz işini yekunlaşdırdı. 

“Bütün Xəzəryanı dövlətlərin nümayəndələri  2018-ci ildə Xəzər dənizində nərə balığının kommersiya ovuna qadağanın müəyyən edilməsi haqqında qərar qəbul etdilər və razılaşdılar ki, ikinci sessiyada moratoriumun daha çox müddətə uzadılması imkanına baxılacaq”, - məlumatda belə deyilir.

Xəzərin su bioloji resurslarının mühafizəsi, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə edilməsi  üzrə Komissiya, 2014-cü ilin sentyabr ayında Həştərxanda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələri tərəfindən imzalanmış sazişə əsasən yaradılmışdır. 2016-cı ilin yazında sənəd ratifikasiya edilmişdir.

Komissiya, birgə su bioloji resursların mühafizəsi, istehsalı, səmərəli istifadəsi üzrə fəaliyyəti əlaqələndirmək, ümumi, yolverilən ovları hər il müəyyən etmək və milli kvotaların bölgüsünü həyata keçirmək üçün nəzərdə tutulub. Komissiyanın səlahiyyətlərinə həmçinin,  ovun müəyyən rayonlarında qadağası və müəyyən dövrlər üzrə resursların ayrı-ayrı növləri barəsində  qadağa ehtiva edən məhdudiyyətlər əsasında  ovun tənzimlənməsi və  birgə su bioloji resursların qorunması   daxil ola bilər.

 

Other news