SOCAR İstanbulun yeni Hava Limanında aviaşirkətlər üçün yanacaq təminatçısı oldu

15:36 - 10.04.2019


10 aprel, Fineko/abc.az. SOCAR Aviation şirkəti (SOCAR Turkiye Enerji şirkətinin törəmə şirkəti) İstanbulun yeni Hava Limanında aviaşirkətlər üçün aviasiya yanacağının tədarükünə dair tenderin qalibi oldu.

Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, şirkət, bu xidmətləri 5 il müddətinə təmin etməyə cəlb edilib.

“Şirkət hər il hava limanına 700 min ton aviasiya yanacağı gətirəcək", - şirkət bildirib.

Məlumatda deyilir ki, SOCAR Aviation, bu il İstanbulun Sabiha Gökçen Hava Lmanında Turkish Airlines şirkətinin aviasiya yanacağının 50%-ni, həmçinin, İzmir, Bodrum, Antalya ve Dalaman hava limanlarının yanacağın bu növünə olan tələbatını ödəyəcək.

 

Other news