Bu gün Füzuli küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol hərəkəti məhdudlaşdırılacaq

16:20 - 10.04.2019


10 aprel, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın yollarında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər görməyə davam edir.

Agentliyin verdiyi məlumata görə, Bülbül prospektinin M. Füzuli küçəsi ilə kəsişməsində sarı kəsişmə toru nişanlanması tətbiq olunacaq.

“Bununla bağlı 10 aprel 2019-cu il tarixində axşam saat 23:00-dan aprelin 11-i səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq”, - məlumatda belə deyilir.

Belə kəsişmə toru nişanlanması paytaxtın cəmi 74 kəsişmələrində təşkil olunacaq.

 

Other news