330x110
 

UNEC-in gənc müəllimi Nord Universitetində elmi tədqiqat aparır

11.04.2019,10:59


11 aprel, Fineko/abc.az. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) gənc müəllimi Norveç krallığının Nord Universitetində elmi tədqiqat aparmaq üçün dəvət alıb.

UNEC-in SABAH mərkəzinin rəhbərinin müavini, “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimi Rövşən Camalov Nord Universitetinin Biznes Məktəbində 3 ay müddətində elmi tədqiqat aparacaq. UNEC-in gənc müəllimi resurs ölkələrinin, xüsusilə də neft və qaz resursları ilə zəngin ölkələrin iqtisadiyyatını araşdıracaq.