Akademik Ziyad Səmədzadə CEO Lunch Baku-nun fəxri qonağı olacaq

10:48 - 25.04.2019


25 aprel, Fineko/abc.az. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət sənaye və sahibkarlıq Komitəsinin sədri, akademik Ziyad Səmədzadə Caspian European Club-un 2019-ci il  mayın 1-də təşkil edəcəyi CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edəcək. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Tədbir ölkənin Milli Məclisinin İqtisadi siyasət sənaye və sahibkarlıq Komitəsi ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olan Caspian European Club üzvlərinin çoxsaylı müraciətləri əsasında təşkil olunacaq.  CEO Lunch Baku-da qeyri-rəsmi şəraitdə Klub üzvü olan şirkətlərin rəhbər və nümayəndələrinin  vergi və gömrük sahəsində, həmçinin ölkədə sərmayə və biznes mühitinin yaxşılaşdırılması üzrə təklif və təşəbbüslər müzakirə ediləcək. CEO Lunch Baku-nun iştirakçıları onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.

CEO Lunch Baku yalnız şirkət rəhbərlərinin və nümayəndələrinin iştirak edə biləcəkləri qapalı tədbirdir. Caspian European Club-un saytında (www.caspianenergy.org ) qeydiyyatdan keçmiş şirkətlər iştirak edə bilərlər.

CEO Lunch Baku-nun baş sponsoru “Azərçay” ticarət markasıdır.

Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

 

Other news