Azərbaycan birinci rübdə 178,4 milyon dollar həcmində ixrac sifarişi alıb

17:36 - 30.04.2019


30 aprel, Fineko/abc.az. 2019-cu ilin yanvar-mart aylarında Azexport.az portal vasitəsilə 178,4  milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart buraxılışında deyilir ki, yalnız mart ayında 32,8 ABŞ dolları dəyərində sifarişlər daxil olmuşdur.

“Mart ayı ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya(11,5%), Türkiyə (9,9%), ABŞ (7%), Hindistan (6,6%) və  Gürcüstan (5,3%) qərarlaşıb”, - məlumatda belə deyilir.

 

Other news