Rüb ərzində BTC vasitəsilə 8 mln. tondan çox xam neft ixrac olunub

16:35 - 13.05.2019


13 may, Fineko/abc.az. Birinci rübdə Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təqribən 25 milyon dollar, əsaslı xərclərə isə təqribən 6 milyon dollar xərclənmişdir.

2019-cu ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 425 milyon ton (təqribən 3,2 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4159 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Rüb ərzində isə BTC vasitəsilə 8 milyon tondan çox (təqribən 61 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 74 tankerə yüklənib.

 

Other news