Azərbaycanda banklarda dayanıqlılıq artıb

17:04 - 16.05.2019


16 may, Fineko/abc.az. Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev açıqlamasında qeyd edib ki, bankların sağlamlaşdırılması prosesi, onların kapitallaşdırılması, korporativ idarəetmə sistemlərinin təkmilləşdirməsi və sair tədbirlər uzun müddətlidir. Bu proseslər davam edir və buna təkan verən amillərdən ən önəmlisi Azərbaycan Prezidentinin problemli kreditlərin həlli ilə bağlı imzaladığı Fərman oldu.

“Hazırda bankların kapitallaşması yüksəlib, eyni zamanda, banklarda dayanıqlılıq artıb. Banklar yenidən iqtisadiyyatın aktiv şəkildə kreditləşməsi imkanını əldə ediblər. Banklarda izafi likvid vəsaitlər formalaşıb, bunlar uzunmüddətli vəsaitlərdir, banklar bu vəsaitləri kiçik və orta biznesin kreditləşməsini və daha uzunmüddətli olmasına sərf edə biləcək. Bu da bankların həm sağlamlaşmasına, həm kapitallaşmasına və gəlirliliyin artmasına xidmət edəcək”, - deyə Z.Nuriyev bildirib.

Other news