Neft bahalaşır: Azeri Light neftinin bir bareli 76 dollardan çox təşkil etdi

09:50 - 17.05.2019


17 may, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı xam neftinin qiyməti 1,15 ABŞ dolları və yaxud 1,52% artaraq 76,70 dollar təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) mayın 16-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyun fyuçersi 0,85 dollar (1,37%) artaraq bir barelə 62,87 dollar təşkil etmişdir. 

 “WTI” markalı neftin iyun fyuçersi cümə günü saat 09:10-da 0,19 dollar (0,3%) artaraq 63,06 dollar / barelə təşkil etmişdir.

Cümə axşamı günü Londonun “ICE Futures” birjasında “Brent”in iyul fyuçersi 0,85 dollar (1,18%) yüksələrək bir barelə 72,62 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyul ayına olan fyuçers qiymətləri cümə günü saat 09:10-da 0,17 dollar (0,23%) artaraq bir barelə 72,79 dollar təşkil etmişdir.

 

Other news