AtaBank-ın Visa Signature kartı premium imkanlar sərgiləyir

20.05.2019,14:47


20 may, Fineko/abc.az. Bildiyiniz kimi bir neçə ay bundan öncə “AtaBank” ASC VİSA Beynəlxalq ödəniş sistemi ilə birgə Azərbaycan və Cənub-Şərqi Avropa regionu üzrə ilk olaraq Visa Signature kartınının emissiyasına başladı. Bu premium kart xüsusi xidmətlər və endirimlərlə müştəriləri sevindirməyə davam edir.

VİSA ödəniş sisteminin “Biz səyahətinizi daha komfortlu edirik” lahiyəsi premium imtiyazlar sərgiləyir. Bununla, səyahətlərdə AtaBank-ınözəl Visa Signature kartlarından istifadə edənlərmüxtəlif üstünlüklər qazanacaq:

  • Dünya üzrə 1000-dən çox hava limanının xüsusi zalınagiriş - Visa Signature kartı ilə 4 dəfə ödənişsiz şəkildə ziyarət etmək imkanı
  • Xaricdə dünya miqyaslı təminatçılardan  avtomobil kirayəsinə30%-dək endirim
  • Visa Luxury Hotel Collection  proqramına daxil olan otellərdə eksklüziv xidmət 
  • agoda.comsaytında otel bronlaşdırmağa 12%-dək endirim

Həmçinin, Kiyev və ya Minskdən keçən tranzit səfərlərdəaşağıdakı xidmətlər təklif olunur:

Əlavə olaraq isə AtaBank Visa Signature kartını əldə edənlərə hədiyyə olaraq Visa Classic kartı və depozit qutularına 50% endirim təqdim edir.

Bankın Visa Signature kartı haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər https://atabank.com/az/individuals/plastic-cards/visa-signature.

25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Keywords: AtaBank