Azərbaycan MDB ölkələrinə 334 mln. dollar məhsul ixrac edib

16:06 - 21.05.2019


21 may, Fineko/abc.az. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında Azərbaycandan MDB ölkələrinə 334 milyon 266 min dollar dəyərində məhsul ixrac edilib. Bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 4 milyon 390 min dollar çoxdur.

Cari ilin 4 ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 17 milyon 909 min dollar olub.

 

Other news