Azərbaycan 62 mln. dollarlıq plastmas və onlardan hazırlanan məmulatlar ixrac edib

16:50 - 22.05.2019


22 may, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən, yanvar-aprel aylarında ölkədən 67 min 738 ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib. Hesabat dövründə ixrac edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri isə 62 mln. 62 min dollar olub.

Eyni zamanda, hesabat dövründə ölkəyə 112 mln. 88 min dollarlıq 61 min 504 ton plastmas və onlardan hazırlanan məmulatlar idxal edilib.

 

Other news