Bu ilin ilk rübündə ölkədən 8 mln.tondan çox xam neft ixrac edilib

17:30 - 24.05.2019


24 may, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən bildirilib ki, SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin məlumatlarına əsasən, bu ilin yanvar-mart aylarında Azərbaycandan 8 milyon 177 min ton xam neft ixrac edilib.

Qeyd edilib ki, üç ay ərzində ixrac edilən neftin dəyəri isə 3 milyard 694 milyon 675 min dollar olub.

 

 

Other news