Bu ilin ilk rübündə ölkədən 3 mld. kubmetrdən çox təbii qaz ixrac edilib

17:37 - 24.05.2019


24 may, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən bildirilib ki, SOCAR və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən, bu ilin ilk rübündə Azərbaycandan 3 milyard 467,6 milyon kubmetr təbii qaz ixrac olunub.

Qeyd edilib ki, yanvar-mart aylarında ixrac olunan təbii qazın dəyəri isə 623 milyon 920 min dollar təşkil edib.

Other news