Keçən həftə düşən neft qiymətləri bir az yüksəlib

10:30 - 27.05.2019


27 may, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı xam neftinin qiyməti 0,05 ABŞ dolları və yaxud 0,07% artaraq bir barelə 70,95 dollar təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) mayın 24-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyul fyuçersi 0,72 dollar (1,24%) artaraq bir barelə 58,63 dollar təşkil etmişdir. 

 “WTI” markalı neftin iyul fyuçersi cümə günü saat 09:20-də 0,30 dollar (0,51%) enərək 58,33 dollar / barelə təşkil etmişdir.

Cümə günü Londonun “ICE Futures” birjasında “Brent”in iyul fyuçersi  0,93 dollar (1,37%) kəskin yüksələrək bir barelə 68,69 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyul ayına olan fyuçers qiymətləri bazar ertəsi günü saat 09:20-də 0,05 dollar (0,07%) azalaraq bir barelə 68,64 dollar təşkil etmişdir.

 

Other news