Avropa Liqasının final oyunundan sonra əlavə Bakı-Tbilisi sürət qatarı açılacaq

16:07 - 27.05.2019


27 may, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumata əsasən xəbər veilir ki, mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunundan sonra azarkeşlərin Bakıdan Tbilisiyə daşınması məqsədilə mayın 30-da hərəkətdə olacaq 38/37 nömrəli Bakı-Tbilisi-Bakı sürət qatarından başqa, əlavə 48 nömrəli Bakı-Tbilisi sürət qatarı da təyin edilib.

Qatar Bakıdan mayın 30-u saat 8:00-da Tbilisiyə yola düşəcək. Həmin qatara biletlər dəmir yolunun bilet kassalarında və onlayn qaydada əldə oluna bilər.

 

Other news