Səyyar “ASAN xidmət” davam edir

11:26 - 3.06.2019


3 iyun, Fineko/abc.az. Səyyar “ASAN xidmət” mayın 10-dan iyunun 8-dək Tovuzda, mayın 27-dən iyunun 25-dək Şirvan, Xırdalan, Füzulidə, mayın 29-dan iyunun 27-dək Xudat, Yardımlı, Göyçay, Astarada, iyunun 7-dən iyulun 6-dək Goranboy və Qaxda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Bildirilib ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim olunur.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Other news