Moskvadan Bakıya yeni metro vaqonlarının ilk partiyası gətiriləcək

14:33 - 3.06.2019


3 iyun, Fineko/abc.az. Sabah Moskvadan Bakıya yeni metro vaqonlarının ilk partiyası yola salınacaq.

Bu münasibətlə keçiriləcək tədbirdə “Transmaşholdinq” SC, “Bakı Metropoliteni” QSC, “Metrovaqonmaş” SC-nin rəsmiləri iştirak edəcəklər.

Qeyd edək ki, bu il “Transmaşholdinq”in tərkibinə daxil olan “Metrovaqonmaş” SC-nin direktoru Boris Boqatıryov və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov Bakı Metropoliteni üçün 30 yeni nəsil vaqon istehsal edilməsinə dair müqavilə imzalamışdılar.

Other news