Gənc Tamaşaçılar Teatrı açıq tender elan edir

14:02 - 11.06.2019


11 iyun, Fineko/abc.az. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı açıq tender elan edir.

Tender 1 lot üzrə keçirilir - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı üçün sistemləşdirilmiş peşəkar işıq, səs, video və səhnə avadanlığının satın alınması.

Elanda qeyd edilir ki, iddiaçılar tenderdə iştirak üçün  sənədləri  4 iyul 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 11 iyul 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.

Ünvan: Bakı, Nizami küçəsi 72. Tel.: (+99412) 4937654.

 

Other news