16:08 - 1.12.2017
1 dekabr, Fineko/abc.az. Bu gün Azərbaycan Parlamenti ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun qəbul etdi.
“Tütün məmulatlarından istifadənin məhdudiyyəti haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Qanun layihəsində təhsil müəssisələri, idman yarışlarının keçirildiyi yerlər, ticarət obyektləri, restoranlar, kafelər, bar və digər ictimai iaşə obyektlərində siqarət çəkməyin qadağan edilməsi nəzərdə tutulur.
Qanun, həddi-buluğa çatmamış şəxslərin tütündən istifadəsinə, həmçinin pulsuz suvenirlər və hədiyyələr vasitəsi ilə tütün məmulatlarının satışının stimullaşdırılmasına qadağanı nəzərdə tutur.
Mehmanxanalarda, səhiyyə müəssisələrində, reabilitasiya mərkəzlərində, sanatoriyalarda, kurortlarda, sosial obyektlərdə, teatr və kinoteatrlarda, sərgilərdə, qiraət zallarında, kitabxanalarda, muzeylərdə və digər mədəni müəssisələrdə, yeraltı və yerüstü keçidlərdə, avtobuslarda (o cümlədən, şəhərlərarası və beynəlxalq avtobuslarda), taksidə, metroda, hava, dəmir yolu, dəniz və çay nəqliyyatında, avtobus dayanacaqlarında, vağzallarda, çay və dəniz limanlarında, hava limanlarında, liftlərdə, çoxmənzilli binaların ümumi meydançalarında, yanacaq doldurma stansiyalarında, binalarda və tezalışan maddələrin saxlandığı müəssisələrdə, uşaq meydançalarında, çimərliklərdə, təşkilatı-hüquqi forması və mülkiyyət formasından asılı olmayaraq, təşkilatların, idarələrin, müəssisələrin iş yerlərində siqaret çəkmək qadağan olunacaq.
Qanun layihəsinə əsasən, tütün məmulatlarının təsirindən əmələ gələn xəstəliklərin qarşısının alınması və / və ya ətraf mühitin qorunması məqsədi ilə, dövlət orqanları tütün məmulatlarından istifadəni ayrı-ayrı sahələrdə, bina və obyektlərdə qadağan edə, tütün məmulatlarına tələbin azalması məqsədi ilə, vergi və qiymət siyasətini dəyişə, tütünün satışına və reklamına qadağa və ya məhdudiyyətlər qoya bilər.
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
23 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
22 April 2024
23 April 2024