Kredit faizlərinin çox olması məsələsinə aydınlıq gətirildi – Ekspert rəyi

15:16 - 14.06.2019


14 iyun, Fineko/abc.az “Kredit faizlərinin formalaşmasında əsas rollardan birini depozit faizləri oynayır. Çünki, depozit faizləri kredit faizlərinin formalaşmasında və maya dəyərində önəmli rol oynayır”.

Bunu iqtisadçı-ekspert Elman Sadiqov bildirib.

O, bunu belə izah edib: “Birincisi ona görə ki, xarici ölkələrdə banklarda vəsaitlərin formalaşmasında əsas rolu depozitlər oynamır. Xarici banklarda aktivlərin formalaşmasında bir çox maliyyə mənbələri əsas rol oynayır. Banklar illik 12%-dən depozit cəlb edirlərsə, bu depozitlərin heç də hamısı kreditləşmədə istifadə edilə bilməz. Adətən, banklar cəlb olunan depozitlərin 70%-nə qədərini kreditləşmədə istifadə edirlər. Likvidlik, hər hansı şok hadisələr və sair səbəblərdən istifadə olunmayan qalan təqribən 30%-lik hissə də kredit faizlərinin maya dəyərinə daxildir. Deməli, əslində 12% dediyimiz illik depozit faizlərinin maya dəyəri əslində 15-16% ətrafındadır”.

Other news