Bu il vergi daxilolmalarında 8,3% artım olub

16:21 - 14.06.2019


14 iyun, Fineko/abc.az Vergilər Nazirliyinin məumatına görə, 2018-ci ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-may aylarında vergi daxilolmalarında 8,3 % artım olub. Regionlardan vergi daxilolmaları isə 8,6 % artıb.

Bildirilib ki, qeyri-dövlət sektoru üzrə vergi daxilolmalarında 10 %, qeyri-neft-qaz sektoru üzrə 16,1 %, qeyri-neft qaz sektorunun özəl bölməsində 17,6 % artım olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin beş ayında məcburi dövlət sosial sığorta yığımları 18,2 %, işsizklikdən sığorta məbləğləri isə 72,8 % artıb.

 

Other news