SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır

16:28 - 14.06.2019


14 iyun, Fineko/abc.az İyunun 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor ASA” şirkətinin birinci vitse-prezidenti Kerri Lokhart və “Equinor-Azərbaycan” şirkətinin ölkə üzrə meneceri Fuad Qurayşinin rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüşüb.

Görüşdə SOCAR və “Equinor” arasında əməyin mühafizəsinin maksimum gücləndirilməsi istiqamətində təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılıq əldə olunub.

Qeyd edilib ki, gələn ay “Qarabağ” yatağında qazma işləri aparacaq qurğu və yeni platforma nəzarətdən keçiriləcək, son tənzimləmələr tamamlandıqdan sonra platformanın dənizdə quraşdırılmasına başlanılacaq. Bu istiqamətdə görülən işlərin operativ və qrafikə uyğun şəkildə aparılmasının əhəmiyyəti vurğulanıb.

 

Other news