Neft kəskin bahalaşdı

09:58 - 19.06.2019


19 iyun, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,76 (1,2%) yüksəlib və beləliklə, neftin bir barelinin qiyməti 64,11 dollar təşkil edib.

Çərşənbə axşamı günü, 5 ayda WTI nefti üçün rekord rəqəm təşkil etmiş kəskin artım nəticəsində, neftin etalon markalarının qiyməti çərşənbə günü keçirilən ticarətdə tədricən artır.

Çərşənbə axşamı günü, Londonun “ICE Futures” birjasında “Brent”in avqust fyuçersi  1,20 dollar (1,97%) artaraq bir barelə 62,14 dollar təşkil etmişdir.

Çərşənbə günü saat 09:15-də Brent 0,15 dollar (0,24%) bahalaşıb 62,29 dollar /barel təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyunun 18-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyul fyuçersi 1,97 dollar (3,79%) kəskin artaraq bir barelə $53,90 təşkil etmişdir. 

 “WTI” markalı neftin iyul fyuçersi çərşənbə günü saat 09:15-də 0,16 dollar (0,3%) artaraq 54,06 dollar / barelə təşkil etmişdir.

 

Other news