İki marşrut xəttində dəyişiklik edildi

16:58 - 19.06.2019


19 iyun, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi iki marşrut xəttində dəyişiklik etdi.

Agentliyin məlumatına görə, 185 nömrəli marşrut Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksindən Sabunçu rayon mərkəzi, Neftçilər metro stansiyası və 8-ci km bazarı istiqamətində hərəkət edəcək.

194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar isə Dadaş Bünyadzadə küçəsindən keçməklə hərəkət edəcək. Bununla da qeyd edilən küçədə yaşayan sakinlərin sərnişindaşımaya olan təlabatı təmin ediləcək.

Məlumatda qeyd edilir ki , hər iki dəyişiklik 22.06.2019 tarixindən qüvvədə olacaq.

Other news