Mərkəzi Bank sığortaçı axtarır

12:19 - 20.06.2019


20 iyun, Fineko/abc.az. Mərkəzi Bank yeni tender keçirdiyini açıqlayıb.

Tender Mərkəzi Bankın balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətlərinin alınması məqsədi ilə keçirilir.

Tenderdə iştirak etmək istəyənlər təkliflərini 2 avqust 2019-cu il saat 18:00-a qədər Mərkəzi Bankın Bakı şəhəri, R. Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Tender proseduru 5 avqust 2019-cu il saat 15:00-da eyni ünvanda keçiriləcək. Tenderdə iştirak haqqı 300 manatrdır.

 

Other news