Neft Fondu Azərbaycan valyuta bazarında birbaşa satışlarını azaltdı

16:13 - 4.12.2017


4 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yerli bazarda xarici valyuta satışlarının şəffaflığını qoruyub saxlamaqdadır.

Neft Fondundan bildirildiyi kimi, valyuta hərraclarında noyabr ayında  $208,9 milyon həcmində  valyuta satılmışdır, lakin 2017-ci ilin oktyabr ayında bu göstərici $318,7 milyon təşkil etmişdir. 2017-ci ilin oktyabr ayı ilə müqayisədə noyabr ayında ARDNF-nun xarici valyuta satışının  həcmi 34,5% azaldı.

2017-ci ilin 11 ayı ərzində  Neft Fondu valyuta hərraclarında $3023,62 milyon həcmində  valyuta satmışdır.

ARDNF-nun birbaşa valuta satışları 2016-cı ilin oktyabr ayında ən yüksək göstərici ilə fərqlənmişdir ($371 milyon).

2017-ci ildən etibarən Fondun vəsaitləri valyuta bazarında  həm də dolayı yolla, yəni,  ARDNF  büdcəsinin maliyyə sabitliyinin dəstəklənməsi məqsədi ilə, Mərkəzi Banka transfert çərçivəsində həyata keçirilir.

 

Other news