Dövlət Turizm Agentliyi tender elan edir

15:40 - 25.06.2019


25 iyun, Fineko/abc.az. Dövlət Turizm Agentliyi Koreya Respublikasındakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı xidmətlərin satın alınması üçün açıq tender elan edir.

Elanda qeyd olunur ki, açıq tenderdə piar araşdırması və strategiyası, media əlaqələri, eləcə də media məhsullarının təhlükəsizliyi, sosial media, tərcümə xidmətləri, press relizlərin hazırlanması, monitorinq, hesabat, optimallaşdırma, tədbirlərin təşkili, piar şəbəkə fəaliyyəti, məlumat bazasının hazırlanması, elektron marketinq, biznes əlaqələri  fəaliyyəti, təlim proqramları, Azərbaycanın yerli turizm sənayesi ilə bağlı məlumatların vaxtaşırı yenilənməsi və digər işlərin görülməsi sahəsində təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik rezident və qeyri-rezident hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi iştirak edə bilər.

İddiaçılar sənədləri 24 iyul 2019-cu il saat 17.00-dək, tender təklifini və təklifin bank təminatını isə 6 avqust 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.

Ünvan.: Bakı, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbə, Dövlət Turizm Agentliyi

Tel.: (+99412) 5058704 (əlavə 2303);

faks: (+99412) 4920592

e-mail: [email protected]

Other news